среда, 23 января 2013 г.

ISMAYILLI RAYONUDA XALQ AYAGA QALXIB




http://www.youtube.com/watch?feature=player_detailpage&v=TwJBeBxiVoA

İsmayıllıda 23 yanvar tarixinin sonunda yerli əhalinin bir qismi üsyan edib. Bu barədə musavat.com-a rayondakı hərəkatçıların birindən məlumat daxil olub. Onun bildirdiyinə görə, hazırda - saat 24 radələrində rayon mərkəzində xalq ayağa qalxaraq, yerli hakimiyyətin başındakı klnın - Nizami Ələkbrovun və onun nazir qardaşı Füzuli Ələkbərovun obyektlərini yandırmaqla məşğuldur.
Mənbəmiz deyir ki, xalqın qəzəblənərək, ayağa qalxmasına səbəb nazir Füzuli Ələkbərovun oğlunun İsmayıllı camaatını söyərək, təhqir etməsidir: “Axşam saatlarında nazirin oğlu ”Kəpənək" adlanan istidahət mərkəzinə qalxarkən idarə etdiyi “Hammer” markalı maşını ilə yüngül qəza törədib. Günah onda olsa da, nazir oğlu üzür istəmək əvəzinə maşından enərək, oradakı hər kəsi, daha sonar isə ümumi qaydada İsmayıllı camaatını təhqir edib. Nəticədə oradakı ismayıllılar tökülüşərək, nazir oğlunu döyüblər. Daha sonra emosiyalar qızışıb, nazirin oğlunun maşıını yandırıblar. Xəbər ildırım sürəti ilə bütün İsmayıllıya yayılıb. Xalq ayaqlanıb, eyni ilə Quba hadisələrində olduğu kimi, üsyana qalxıb. Onlar Bakı Qəbələ yolunu kəsiblər, rayondakı Ələkbərovlar klanına aid olan moteli (“Çıraq”) yandırıblar. Hazırda etirazlara daha çox yerli sakin qatılır. Hələlik polis hadisələrə müdaxilə etmir. Görünür, xalqın daha da qəzəblənə biləcəyindən ehtiyat edir. Ya da Bakıdan , ətraf rayonlardan əlavə qüvvə gözləyir”.
Hadisələri kənardan müşahidə edən ismayıllı sakinlərindən biri müxbirimizə deyib ki, yanğın yerinə yanğınsöndürənlər gəlsə də, qəzəblənmiş xalq qoymur ki, onlar işləsinlər. 
Müxbirimiz İctimai Palatanın Koordinasiya Şurası ilə də əlaqə saxlayıb. KŞ-nin dönəm sədri Zəfər Quliyev deyib ki, İctimai Palatanın rəhbərliyi hadisələri izləyir. Bu məqalə yazılan vaxtda da proses davam edirdi. İrəliləyən zamanda, əlavə məlumat yayacağıq.
***
Müxbirimiz hadisəni müşahidə etmək imkanı olan ismayıllılardan daha biri ilə danışıb. O, deyib ki, “Kəpənək”də yerləşən və nazir F. Ələkbərova aid olan “Çıraq” oteli tamamilə yandırıldı: “Nazirin oğlunu döyüb, xəstəxanalıq edib camaat. Hazırda 5000 nəfərə yaxın əhali, əksəriyyəti də gənclər olmaqla, icra başçısının yaxınlıqdakı evinə girdilər. Ehtimalən, oranı da yandıracaqlar”.
Adının açıqlanmasını istəməyən sakin dedi ki, polis hələlik aktiv müdaxilə etmir və onların sayı üsyana qalxan əhalinin sayından dəfələrlə azdır.
***
00.30
Müxbirimiz hadisəni müşayiət etmək imkanı olan ismayıllılardan daha biri ilə danışıb. O, deyib ki, Kəpənəkdə yerləşən və nazir F. Ələkbərova aid olan “Çıraq” oteli tamamilə yandırıldı: “Nazirin oğlunu döyüb, xəstəxanalıq edib camaat. Hazırda 5000 nəfərə yaxın əhali, əksəriyyəti də gənclər olmaqla, icra başçısının yaxınlıqdakı evinə girdilər. Ehtimalən, oranı da yandıracaqlar”.
Adının açıqlanmasını istəməyən sakin dedi ki, polis hələlik aktiv müdaxilə etmir və onların sayı üsyana qalxan əhalinin sayından dəfələrlə azdır.
***
00.55
Yerli sakinlər bildirir ki, hazırda İsmayıllı rayonunun polis rəisi Nizami Qocayev icra başçısının camaat tərəfindən tutulan evinin həyətindədir. O, insanları dilə tutmağa çalışır ki, evi yandırmasınlar.
***
Ən son aldığımız xəbərdə deyilirdi ki, icra başçısının evinə girən camaatın qabağına rayonun polis rəisi Nizami Qocayev çıxıb. O, insanları dilə tutub ki, evi yandrmasınlar. Qəzet çapa gedən zaman (saat 01.30) proses davam edirdi. Yerli sakinlər dedilər ki, məhz Nizami Qocayevin müdaxiləsi ilə başçının evinə od vurulmayb. Lakin həyətdəki maşınlar və 3 ədəd bahalı motosikilet yandırılıb.
***
01.25Müxbirimizə müşahidəçilərdən biri deyib ki, artıq xalq istefa deyə qışqırır. Bu radələrdə adığımız başqa bir xəbər isə Daxili Qoşun hissələrinin artıq İsmayıllı rayonuna grməsi barədə idi.
Hadisə yerinə gecəykən müxbirlərimiz ezam olunublar.
***
Müsavat başqanı İsmayıllı hadisələrinə münasibət bildirdi
Müsavat Partiyasının başqanı İsa Qəmbər İsmayıllıda baş verən hadisələri musavat.com-a şərh edib. O, deyib ki,  narahatedici məlumatları diqqətlə izləyir: “ . Bu gün İP-in toplantısında da dedik ki, bu korrupsioner rejimin xalqa etdiyi zülüm haradasa bir gün partlamalıdır, bu cür yarıtmaz idarəetməyə etirazlar ən müxtəlif formada təzahür edəcək. Hakimiyyət bütün bunlardan dərs almalı və  xalqa qarşı repressiyalar haqqında deyil,  xalqın haqlı tələblərini, istəklərini həyata keçirmək, o istqamətdə iş görmək haqqında fikirləşməlidir”.
01.28
ANS PRESS-in məlumatına görə, hazırda əhali icra başçısı Nizami Ələkbərovun evinin qarşısında toplaşıb. Aksiya iştirakçıları onun istefasını tələb edirlər. Toplaşanlar “İstefa!” şüarını səsləndirirlər.
İsmayıllıda 23 yanvar tarixinin sonunda yerli əhalinin bir qismi üsyan edib. Bu barədə musavat.com-a rayondakı hərəkatçıların birindən məlumat daxil olub. Onun bildirdiyinə görə, hazırda – saat 24 radələrində rayon mərkəzində xalq ayağa qalxaraq, yerli hakimiyyətin başındakı klanın – Nizami Ələkb'rovun və onun nazir qardaşı Füzuli Ələkbərovun obyektlərini yandırmaqla məşğuldur.
Mənbəmiz deyir ki, xalqın qəzəblənərək, ayağa qalxmasına səbəb nazir Füzuli Ələkbərovun oğlunun İsmayıllı camaatını söyərək, təhqir etməsidir: “Axşam saatlarında nazirin oğlu “Kəpənək” adlanan istirahət mərkəzinə qalxarkən idarə etdiyi “Hammer” markalı maşını ilə yüngül qəza törədib. Günah onda olsa da, nazir oğlu üzr istəmək əvəzinə maşından enərək, oradakı hər kəsi, daha sonra isə ümumi qaydada İsmayıllı camaatını təhqir edib. Nəticədə oradakı ismayıllılar tökülüşərək, nazir oğlunu döyüblər. Daha sonra emosiyalar qızışıb, nazirin oğlunun maşınını yandırıblar. Xəbər ildırım sürəti ilə bütün İsmayıllıya yayılıb. Xalq ayaqlanıb, eyni ilə Quba hadisələrində olduğu kimi, üsyana qalxıb. Onlar Bakı-Qəbələ yolunu kəsiblər, rayondakı Ələkbərovlar klanına aid olan və əxlaqsızlıq yuvası kimi tanınan moteli (“Çıraq”) yandırıblar. Hazırda etirazlara daha çox yerli sakin qatılır. Hələlik polis hadisələrə müdaxilə etmir. Görünür, xalqın daha da qəzəblənə biləcəyindən ehtiyat edir. Ya da Bakıdan, ətraf rayonlardan əlavə qüvvə gözləyir “”
Hadisələri kənardan müşahidə edən ismayıllı sakinlərindən biri müxbirimizə deyib ki, yanğın yerinə yanğınsöndürənlər gəlsə də, qəzəblənmiş xalq qoymur ki, onlar işləsinlər.
Müxbirimiz İctimai Palatanın Koordinasiya Şurası ilə də əlaqə saxlayıb. KŞ-nin dönəm sədri Zəfər Quliyev deyib ki, İctimai Palatanın rəhbərliyi hadisələri izləyir.
Bu məqalə yazılan vaxtda da proses davam edirdi. İrəliləyən zamanda, əlavə məlumat yayacağıq.
***
02.10
Facebook istifadəçiləri yazır ki, Qəbələ camaaatı İsmayıllıya gedən daxili qoşun hissələrini daşıyan maşınların qabağını kəsib.

Комментариев нет:

Отправить комментарий